AZ

Trampdan yeni müharibə mesajı: İrana hücumdan danışdı

BAKI, 28 oktyabr. TELEQRAF

“Əgər 12 günlük müharibə zamanı İrana hücum edilməsəydi, qısa müddət ərzində nüvə silahına sahib olardılar”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“ABŞ-nin müdafiəsi məsələsi gündəmə gələndə artıq keçmişdəki kimi siyasi məhdudiyyətlərə baxılmayacaq, ölkəni müdafiə etmək üçün nə lazımdırsa, o da ediləcək. Bundan sonra əgər bir müharibəyə daxil olsaq, həmin müharibədə qalib gələcəyik. İndi dünyanın ən hörmətli ölkəsiyik və buna çox vaxt sərf etmədik. Sadəcə, bu qədər tez nail olacağımızı bilmirdim”, - o vurğulayıb.

Donald Tramp həmçinin ABŞ müdafiə naziri Pit Heqseti “qətiyyətli şəxs” adlandırıb və narkotik daşımalarına qarşı hərbi mübarizəyə toxunub:

“Artıq narkotik daşıyan gəmilər gəlmirlər, elə bir gəmi tapa bilmirik ki, içində narkotik olsun. O, inanılmaz iş görüb”.

Seçilən
29
2
teleqraf.com

3Mənbələr