AZ

Həkim Yamalın zədəsindən danışdı: Oynamağa imkan vermir

Həkim Pedro Luis Ripol “Barselona”nın hücumçusu Lamin Yamalın oyununa qasıq nahiyəsindəki zədənin necə təsir etdiyini izah edib.

Publika.az xəbər verir ki, 18 yaşlı futbolçu bir neçə həftədir qasıq və qarnın aşağı hissəsində ağrılardan əziyyət çəkir.

“Bu zədə oyunçunun hərəkət və qapıya zərbə imkanlarını demək olar ki, 50 faiz azaldır. Bunu "El-Klasiko"da da gördük. O, demək olar, qapıya zərbə vurmurdu, hərəkət etməkdə çətinlik çəkirdi, daim ağrını hiss edirdi”, - deyə həkim bildirib.

Ripol qeyd edib ki, bu, müalicəsi çox çətin olan zədələnmə növüdür. Pubaqialgiya futbolçuya oyunlarda iştirak etməyə imkan versə də, onun maksimum səviyyədə çıxış etməsinə mane olur və oyundakı effektivliyini xeyli azaldır.

Seçilən
6
publika.az

1Mənbələr