AZ

Argentina millisinin sabiq futbolçusu aldadıldı

BAKI, 28 oktyabr. TELEQRAF

Argentina millisinin sabiq üzvü və “River Pleyt” klubunun yarımmüdafiəçi Enso Peres meneceri Xuan Pablo Rossi tərəfindən “maliyyə fırıldağı”nın qurbanı olub.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, agenti 39 yaşlı futbolçunun klubunun ayırdığı mükafatı onun adına qəbul edib, lakin pulu ona köçürməyib.

Bundan əlavə, 39 yaşlı yarımmüdafiəçidən başqa, agent başqa qalmaqalda da adı hallanıb. Belə ki, əvvəllər Rossi tərəfindən təmsil olunan Qaston Fernandes sonradan onunla birgə futbolçuların idarə olunması sahəsində işə başlayıb və o da maliyyə qaydaları ilə bağlı pozuntular aşkar edib.

Menecerin hazırda şəxsi problemləri səbəbilə xəstəxanada olduğu bildirilir.

Qeyd edək ki, Enso Peres “Benfika”, “Valensiya” və “River Pleyt” dövrlərində Pablo Rossionun nümayəndəsi olub.

Seçilən
29
teleqraf.com

1Mənbələr