Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
Meksika rəsmiləri narkotik qaçaqmalçılığı ilə bağlı reportajları ilə tanınan Migel Anxel Beltranın) meyitinin tapıldığını açıqlayıblar.
60 yaşlı jurnalistin cəsədi Duranqo əyalətini Sinaloa əyalətindəki magistral yolun kənarında aşkarlanıb.
Bakupost.az yerli mətbuata istinadən xəbər verir ki, ədyala bükülmüş meyitin yanında “Duranqo xalqına qarşı iftiralar yaydığın üçün” yazılmış vərəq də olub.
Keçmişdə qəzetdə çalışan Beltran son dövrlərdə daha çox sosial şəbəkələrdə fəaliyyət göstərirdi. Xüsusilə “TikTok” və “Facebook” platformalarında aktiv olan jurnalist xəbərlərini bu kanallar vasitəsilə paylaşırdı.
O, son paylaşımlarından birində Duranqo əyalətində güclü mövqeyə sahib olan “Kabrera Sarabia” qrupunun liderinin həbs olunduğunu yazmışdı.
Sinaloa və “Yeni Nəsil Xalisko Karteli”nə (CJNG) rəqib olan bu dəstə barədə oktyabrın 22-də yayımlanan xəbərdən az sonra Beltranın öldürülməsi diqqətləri “Kabrera Sarabia”ya yönəldib.
Meksika jurnalistlər üçün dünyanın ən təhlükəli ölkələrindən biri hesab olunur. “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı 1994-cü ildən bəri 150-dən çox media əməkdaşının öldürüldüyünü bildirir.

Əksər hallarda ağır şəraitdə çalışan bu jurnalistlərin ortaq cəhəti onların narkotik kartellərinin təsirli olduğu bölgələrdə fəaliyyət göstərmələridir.
RSF məlumat verir ki, təkcə 2023-cü ildə Meksikada 5 jurnalist həyatını itirib.
2024-cü ilin noyabrında fotomüxbir İsmail Villagomez, Syudad-Xuarezdə () güllələnərək öldürülmüş, hadisə ilə bağlı üç nəfər saxlanılmışdı.
Məlumatlara görə, 2006-cı ilin dekabrından bəri Meksikada 480 mindən çox qətl hadisəsi baş verib.
Cavid, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.