Bakı. Trend:
Türkiyə sığorta bazarına nəzər saldıqda görürük ki, bu bazarkifayət qədər sabit və davamlı bir şəkildə böyüməyə davam edir.Hazırda sektorda 68 sığorta şirkəti fəaliyyət göstərir. Bir neçə iləvvəl bu rəqəm 70-dən çox idi, lakin son dövrlərdə bazardakonsolidasiya meyilləri müşahidə olunur.
Trend xəbərverir ki, bunu bu gün Türkiyə Sığorta Assosiasiyasının baş katibiÖzgür Obalı Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti2025"də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Türkiyədə təxminən 34 milyon aktivsığortalı şəxs var: "Bu da sığortalanma potensialı olan əhalinintəxminən yarısına bərabərdir. Aktiv olmayan (yəni passiv)sığortalılar da daxil edildikdə, bu rəqəm 45 milyona qədəryüksəlir.
Son 4 il ərzində ümumi sığorta haqları (primlər) ikiqat artaraq2021-ci ildəki 14,4 milyard ABŞ dollarından 2025-ci ilin sonunda 30milyard dollara çatması gözlənilir. 2024-cü ilin sentyabr ayıetibarilə primlərdə illik təxminən 30% artım müşahidə olunub və buməbləğ 22,1 milyard dollara yüksəlib. Ümumi aktivlərin dəyəri 77,5milyard dolları, təmin edilən ümumi zəmanət məbləği isə təxminən 22trilyon dolları keçib. Bu göstərici ölkənin ümumi daxili məhsulunun(ÜDM) təxminən 22 qatına bərabərdir.
Sığorta necə ki, insan üçün nəfəs qədər vacibdirsə, eyni şəkildəTürkiyə iqtisadi ekosisteminin davamlılığı üçün də həyati əhəmiyyətdaşıyır".
Ö. Obalı vurğulayıb ki, sığorta sektoru məşğulluq baxımından daəhəmiyyətli rol oynayır: "Hazırda sektorda 27 500-dən çox şəxsbirbaşa şəkildə çalışır. Bundan əlavə, brokerlər, agentliklər,şirkət əməkdaşları, xəstəxanalar, təmirxanalar və digərtərəfdaşlarla birlikdə bu ekosistem ümumilikdə təxminən 350 minnəfəri əhatə edir. Bu dinamik inkişaf Türkiyəni bölgə miqyasındacəlbedici bir sığorta mərkəzinə çevirib.
Branşlara (yəni sığorta növlərinə) görə bölgüyə baxdıqda,Türkiyə sığorta bazarının nisbətən balanslı bir strukturgöstərdiyini görmək olar. Hələ də kasko və icbari avtomobilsığortası (MTPL və MOD) bazarda böyük paya malikdir, yəni ümumiportfelin təxminən yarısını təşkil edir. Lakin bu pay tədricənazalır ki, bu da müsbət tendensiya hesab olunur. Xüsusilə sağlamlıqsığortası son illərdə rekord səviyyədə artım nümayiş etdirərəkbazarda əhəmiyyətli pay qazanıb. Bu da sığorta sektorunun gələcəyiilə bağlı ümidləri artırır".
"Sığortanın satış kanallarına baxdıqda isə, xüsusilə həyatsığortası xaricindəki sahələrdə hələ də agentliklərin dominant roluqalmaqdadır. Ümumi primlərin yarıdan çoxu hələ də agentlərvasitəsilə, yəni klassik metodlarla toplanmağa davam edir", - deyəÖ. Obalı vurğulayıb.