AZ

Elon Musk Tesladan ayrıla bilər

Ajans.az xəbər verir ki,bu barədə şirkətin idarə heyətinin sədri Robin Denholm səhmdarlara ünvanladığı məktubda bildirib. Denholmun sözlərinə görə, təklif olunan plan Muskı ən azı növbəti yeddi il yarım müddətində Tesla-nın rəhbərliyində qalmağa təşviq etməyi hədəfləyir. Baş direktorun kompensasiyası və digər idarəetmə məsələləri 6 noyabrda keçiriləcək səhmdarların iclasında müzakirə olunacaq. Denholm vurğulayıb ki, Elon Muskın şirkətin rəhbəri kimi qalması Tesla-nın uğuru üçün həlledici əhəmiyyət daşıyır. Onun sözlərinə görə, kompensasiya paketi təsdiqlənməzsə, şirkət süni intellekt və muxtar idarəetmə texnologiyaları sahəsində qlobal liderlik məqsədlərinə çatmaq yolunda “istedad və vizyon itkisi” riski ilə üzləşəcək. Yeni plan Musk üçün şirkət səhmləri şəklində mərhələli mükafatlar nəzərdə tutur. Bu mükafatlar Tesla-nın müəyyən bazar kapitallaşması və əməliyyat göstəricilərinə çatmasından asılı olacaq. Maksimum ödəniş, Tesla-nın bazar dəyəri 2035-ci ilə qədər 8,5 trilyon dollara, tənzimlənmiş EBITDA isə 400 milyard dollara yüksəldiyi halda mümkün olacaq. Bu halda, Elon Musk şirkət səhmlərinin təxminən 12 faizini – təqribən 1,03 trilyon dollar dəyərində payı əldə edə bilər. Hazırda Tesla-nın bazar kapitallaşması 2025-ci ilin əvvəlindən bəri 12 faiz artaraq 1,5 trilyon dollara çatıb.

 

Seçilən
57
Ajans.az

1Mənbələr