AZ

BAKIDAN SALAMLAR İSLAMABADA…

DİN-in Daxili Qoşunlarının   “Əsgər” qəzetinin redaktoru, mayor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Anar Əhmədovun  Azərbaycan və Pakistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi sizə təqdim edirik.

image-2

 BAKIDAN SALAMLAR İSLAMABADA

Pakistan doğmadır Azərbaycana,

Doğmalıq güc verir hər iki xalqa.

Əbədi dayaqdır qardaş-qardaşa,

Bakıdan salamlar İslamabada.

 

Gördük dəstəyini çətin zamanda,

Doğma Qarabağda, haqq savaşında.

Sevgimiz sonsuzdur dost Pakistana,

Bakıdan salamlar İslamabada.

 

Qürurla baxıram dost bayrağına,

Ruhumla bağlıyam mən Pakistana.

Vurğunam könüldən bu pak məkana,

Bakıdan salamlar İslamabada.

 

Sülh arzulayıram mən Pakistana,

Bənzəsin hər zaman o gülüstana.

Qoy yayılsın səsim bütün cahana,

Bakıdan salamlar İslamabada.

 

Seçilən
14
moderator.az

1Mənbələr