AZ

Professor Müzəffər Şəkər: Süni intellektin tətbiqi onun etik istiqamətdə araşdırılması zərurətini ortaya qoyur

Bugünkü konfrans həm Türk dünyasında, həm də dünyada bir ilkin əsasını qoyur. Süni intellektin etikasına akademik və elmi araşdırmalar ilə yanaşmanı özündə birləşdirən konfrans günümüzdəki bir çox problemlərə aydınlıq gətirəcək. Süni intellekt üzrə araşdırmalar yeni olmasa da hazırda süni intellekt texnologiyalarının bir çox sahələrdə tətbiqi onun etik, hüquqi və mədəni istiqamətlərdə də araşdırılması zərurətini ortaya qoyur.

Bu sözləri Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimində söyləyib. O qeyd edib ki, süni intellekt artıq rəqəmsal laboratoriyaların mövzusu deyil, beynəlxalq siyasətin və iqtisadiyyatın mərkəzindədir. Bu, yalnız texnologiya deyil, iqtisadi, sosial və etik bir dəyişmənin də vacibliyini ortaya qoyur. Günümüzdə süni intellektin ən çox təsir etdiyi sosial şəbəkələr mənfi istiqamətdə irəliləyərək yanlış qurulmuş alqoritmlərlə insanlara zərər vurur. Bu baxımdan alimlərimiz, tədqiqatçılarımız süni intellekti vasitə deyil, alət kimi görməli, ondan bu şəkildə istifadə etməklə də cəmiyyətə düzgünü təqdim etməlidir. Unudulmamalıdır ki, süni intellektin inkişafı bizim mədəniyyətimizə, tariximizə, ortaq dəyərlərimizə zərər vurmamalıdır: “Süni intellektin etikasına həsr olunmuş beynəlxalq konfransda da elm adamlarımızın edəcəyi müzakirələr və qəbul ediləcək qərarların qeyd edilən istiqamətdə əsaslı bir çağırışa çevriləcəyinə inanıram”.

Seçilən
16
tehsil.biz

1Mənbələr