AZ

Yamal Vinisiusu davaya çağırdı

La Liqanın 10-cu turu çərçivəsində oktyabrın 26-da baş tutan "el klasiko"da "Barselona"nın ulduzu Lamin Yamalla "Real Madrid"in vingeri Vinisius Junior arasında insident olub.

Fanat.Az xəbər verir ki, hadisəni "Movistar+" telekanalında yayımlanan "El Día Después" verilişində işıqlandırıblar.

Olay meydan sahibi "Real"ın 2:1 hesablı qələbəsi ilə bitən duelin ardından komandalar paltardəyişmə otağına yollanarkən qeydə alınıb. 

Yamal Vinisiusdan soruşub: "Hə, nə oldu, gedək dalaşaq?" Vinisius isə qısa cavabla kifayətlənib: "Gəl, gedək!"

Nihat

Seçilən
18
2
fanat.az

3Mənbələr