AZ

Pakistan Hindistanla hava məkanını müvəqqəti bağlayır

Ajans.azThe Economic Times-a istinadən xəbər verir. Məlumata görə, məhdudiyyət həm yerli, həm də xarici aviaşirkətlərin Pəncab və Sind əyalətlərinin hava məkanında həyata keçirdiyi uçuşlara şamil edilir. PCAA aviaşirkətlərə ehtiyatlı olmağı və alternativ uçuş marşrutlarından istifadə etməyi tövsiyə edib. Xatırladaq ki, bu ayın əvvəlində Pakistan Hindistan təyyarələrinin ölkə hava məkanından istifadəsinə qoyulan qadağanı 23 noyabra qədər uzadıb. Qadağa aprelin 24-də – Hindistanın Cammu və Kəşmir bölgəsindəki Pahalqam şəhərində baş vermiş və 25 Hindistan, həmçinin bir Nepal vətəndaşının ölümünə səbəb olmuş terror hücumundan iki gün sonra tətbiq edilib.

 

Seçilən
8
Ajans.az

1Mənbələr