AZ

Çin ölkələrə çağırış etdi

BAKI, 28 oktyabr. TELEQRAF

“Avrasiya ölkələri soyuq müharibə düşüncəsi, birtərəfli sanksiyalar və üçüncü dövlətlərin işlərinə müdaxiləyə qarşı çıxmalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun Linsyan Minskdə keçirilən Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda bildirib.

“Beş sülh şəraitində birgəyaşayış prinsipinə sadiq qalmaq, bloklararası qarşıdurma və soyuq müharibə təfəkkürünə qarşı çıxmaq, ümumi, hərtərəfli və davamlı təhlükəsizlik konsepsiyasını rəhbər tutmaq lazımdır. Ənənəvi və qeyri-ənənəvi təhlükəsizlik məsələlərinə kompleks yanaşaraq dialoq və məsləhətləşmələr əsasında ümumi təhlükəsizlik yolunu seçmək gərəkdir”, - diplomat deyib.

Linsyan həmçinin birtərəfli sanksiyalar və digər təzyiq metodlarına qarşı mübarizə aparmağa çağırıb və region ölkələrinin daxili işlərinə istənilən xarici müdaxilənin yolverilməz olduğunu vurğulayıb.

Seçilən
60
1
teleqraf.com

2Mənbələr