Bakı, 28 oktyabr, AZƏRTAC
Pakistan və Əfqanıstan arasında uzunmüddətli atəşkəs bağlanması ilə bağlı İstanbulda aparılan danışıqlar nəticəsiz başa çatıb.
AZƏRTAC “DND news” agentliyinə istinadla xəbər verir ki, oktyabrın 19-da Dohada Pakistan və Əfqanistan atəşkəs barədə razılığa gəlib. Daha sonra hər iki ölkə davamlı atəşkəs üçün İstanbulda danışıqlar aparmağı qərarlaşdırıb.
İstanbul danışıqlarında sərhəd böhranının nizamlanması yollarının və atəşkəs rejiminə əməl olunması üçün şəraitin yaradılmasının müzakirəsi nəzərdə tutulurdu.