AZ

Hərbi təhlükə: Pakistan hava məkanını bağladı

BAKI, 28 oktyabr. TELEQRAF

Pakistan Hindistanın qərbindəki Racastan və Qucarat ştatlarında genişmiqyaslı hərbi manevrlər keçirməsi ilə əlaqədar oktyabrın 28-29-da həmsərhəd əyalətlərdə hava məkanını bağlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə “The Economic Times” Pakistan Mülki Aviasiya İdarəsinə (PCAA) istinadla məlumat yayıb.

Qadağa yerli və xarici aviaşirkətlərin Pəncab və Sind əyalətlərinin hava məkanı daxilində uçuşlarına şamil edilir.

Qeyd edək ki, bu ayın əvvəlində Pakistan Hindistan təyyarələrinin öz hava məkanına girişini noyabrın 23-dək uzadıb.

Seçilən
99
50
teleqraf.com

10Mənbələr