"Barselona"nın iki futbolçusu Robert Levandovski və Xoan Qarsiya zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Hansi Flik şans versə, hər iki oyunçu "Elçe" ilə matçda meydanda ola biləcək.

"Barselona" - "Elçe" oyunu noyabrın 2-də keçiriləcək.

Qeyd edək ki, katalon klubu hazırda 22 xalla La Liqada 2-cidir. Onlar son turda əzəli rəqibi "Real Madrid"ə 1:2 hesabı ilə məğlub olub.