AZ

Bu qidalar sümükləri zəiflədir

"Duzun, kofeinin, şəkərin və qazlı içkilərin həddindən artıq qəbulu sümüklərin zəifləməsinə və onların dağılmasına səbəb ola bilər".

Ölkə.az xəbər verir ki, bu barədə endokrinoloq İrina Zyatikova “Gazeta.ru”ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, bu məhsullar orqanizmdən kalsiumun daha sürətlə xaric olmasına və nəticədə sümüklərin kövrəkləşməsinə gətirib çıxarır. Məsələn, şəkər orqanizmdə turş mühit yaradır və bu turşuluğu neytrallaşdırmaq üçün bədən sümüklərdəki kalsiumu istifadə etməyə məcbur qalır.

O əlavə edib ki, 25–30 yaşa qədər orqanizmdə sümük kütləsinin artımı aktiv şəkildə gedir, bu yaşdan sonra isə mineral sıxlığı tədricən azalmağa başlayır.

Həmidə İbrahimova

Seçilən
64
4
olke.az

10Mənbələr