AZ

Boşandıqdan sonra pul tələb edə bilərsizmi?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 31 403 nikah və 13 869 boşanma halları qeydə alınıb. 

Ümumilikdə son illər ölkədə boşanma halları artıb. Ancaq boşanma prosesi ilə bağlı bir sıra məsələlər vətəndaşları hər zaman düşündürür.

Həmin suallardan biri də odur ki, yoldaşımla evli olduqda kredit götürüb ailəmə sərf etmişəm. İndi boşanmışam. Bunun üçün pul tələb edə bilərəmmi?

Hüquqşünas Rəşidə Bağırova bildirib ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenium qərarına əsasən, əgər ər-arvaddan biri kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti ailə ehtiyaclarına sərf etmişsə, bu zaman ödənilmiş məbləği məhkəmə vasitəsilə qarşı tərəfdən ümumi öhdəlikdəki paya uyğun hissəsini tələb edə bilər.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr