AZ

Öz üzərində çalışan hər müəllim sertifikasiyadan yüksək nəticə qazana bilər

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi artıq həm test, həm də müsahibə mərhələsi üzrə yekunlaşıb. Prosesdə iştirak edən bütün müəllimlər öz nəticələrindən xəbərdardır.

Müsahibə mərhələsində maksimum nəticə əldə edənlərdən biri də Samirə Tağıyevadır.

O, imtahanla bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb:

"2004-2008 ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışam. 2020-ci ildən Bakı şəhər, Xəzər rayonu R. Sadıqov adına 136 saylı məktəbdə fizika müəllimi kimi fəaliyyət  göstərirəm. Bundan öncə də bir neçə məktəbdə çalışmışam. Artıq 8 ilə yaxındır ki, müəllimlik peşəsini icra edirəm.

2025-ci il  müəllimlərin sertifikasıya imtahanının test mərhələsində iştirak edərək 54 bal toplamışam.

Test mərhələsində çətinlik səviyyəsinə görə hər tipdə sual var idi və imtahan çox şəffaf təşkil olundu.

Müsahibə mərhələsindən maksimum bal gözləməsəm də, verilən sualların ətraflı şəkildə cavablabdırdığıma görə, buna müvəffəq oldum. Ümumi deyə bilərəm ki, ixtisasını, şagirdlərlə işləməyi sevən və öz üzərində çalışan hər bir müəllimə rahatlıqla sertifikasiya imtahanından keçə bilər. 

Ümumilikdə sertifikasiya prosesini çox müsbət addım kimi dəyələndirirəm. Çünki bu sayədə hər bir müəllim məsuliyyət daşıyıb öz üzərində işləməyə məcbur olur. Savadlı müəllimə də savadlı cəmiyyətin formalaşması üçün vacib şəxsdir.

Seçilən
15
azedu.az

1Mənbələr