Belarus prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrini oğurluqda ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.
"Sanksiyalar artıq oğurluq həddinə çatıb. Rusiya və Belarusun qızıl-valyuta ehtiyatlarını götürün. Onlar artıq o həddə çatıblar ki, bu pulları həyasızcasına götürüb, harada lazım bilirlərsə, özlərininki kimi istifadə etməyə başlayıblar", - Lukaşenko Avrasiya təhlükəsizliyi üzrə Minsk Beynəlxalq Konfransında deyib.
Onun sözlərinə görə, bu cür hərəkətlərə alternativ valyutanın yaradılması da daxil olmaqla cavab verilməlidir.