ain.az, Oxu.az saytına istinadən bildirir.
"LUKOIL Georgia" Gürcüstan bazarından tamamilə çıxacaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı şirkətin Rusiyadakı baş ofisi yayıb.
Şirkətdən bildiriblər ki, ABŞ-nin "LUKOIL"a qarşı sanksiyalar tətbiq etməsi ilə əlaqədar, o, beynəlxalq aktivlərini satmaq qərarına gəlib.
Yazılı məlumatda deyilir ki, şirkət və onun törəmə müəssisələri məhdudiyyətlərlə üzləşiblər:
"LUKOIL" beynəlxalq aktivlərini satmaq niyyətini bəyan edir. Potensial alıcıların təkliflərinin qiymətləndirilməsi prosesi başlayıb. Gürcüstanda infrastruktura bir neçə operator, məsələn, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ya "Wissol" maraq göstərə bilər".
"LUKOIL Georgia"nın 100% səhmlərinin sahibi, Avstriyada qeydiyyatda olan "LUKOIL International GmbH" şirkəti də sanksiyaya məruz qalan törəmə müəssisələr arasındadır. "LUKOIL Georgia" Gürcüstanda ölkəboyu yerləşən 24 şəxsi, 26 icarəyə götürülmüş və 10 françayzinq yanacaqdoldurma məntəqəsi vasitəsilə fəalliyət göstərirdi.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-də Rusiyanın iki böyük neft şirkətini - "Rosneft"i və "LUKOIL"u, habelə onların törəmə müəssisələrini sanksiyalar siyahısına daxil edib. Nazirliyin bəyanatında deyilir ki, bu addım Rusiyanın sülh prosesinə ciddi maraq göstərməməsi səbəbindən atılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.