Siyasi uğursuzluğa düçar olan Fransa prezidenti Emmanuel Makron bir hərbi lider olaraq tarix yazmaq üçün Ukraynaya hərbi müdaxilə etməyi xəyal edir.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosunun bəyanatında deyilir.
“Napoleon, XII Çarlz, Makron – aşağıya doğru trayektoriya. SVR-a daxil olan məlumata görə, Fransa prezidenti Makron Ukraynaya hərbi müdaxilə etmək arzusundadır. Bir siyasətçi kimi uğursuzluğa düçar olan və ölkəni uzun sürən sosial-iqtisadi böhrandan çıxarmaqdan ümidini kəsən o, hərbi lider kimi tarixə düşmək ümidini itirməyib.
Planlaşdırılan müdaxilə ilə bağlı məlumat sızdığı halda, Paris bildirmək niyyətindədir ki, bu, Ukraynaya səfərbər edilmiş Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün gələn sadəcə kiçik bir təlimatçı qrupudur”, – SVR qeyd edib.
Xidmətin məlumatına görə, Fransa Baş Qərargahı Kiyevə kömək etmək üçün Ukraynaya 2000-ə qədər əsgər və zabitdən ibarət hərbi kontingent göndərməyə hazırlaşır.
Yeganə