AZ

Bir zamanların məşhur futbolçusu ruhani oldu: " İman gətirmək lazımdır" - VİDEO

Sabiq futbolçu Dani Alves ruhani rəhbər olub.

Milli.Az xəbər verir ki,  "Barselona" klubunun sabiq futbolçusu Dani Alves Kataloniyada yerləşən kilsədə ruhani rəhbər kimi fəaliyyətə başlayıb.

O, ibadət zamanı insanlara müraciət də edib:

"Allaha iman gətirmək lazımdır. Mən bunun canlı sübutuyam. Tanrı ilə əhd bağlamışam".

Qeyd edək ki, Dani Alveş cinsi təcavüzdə ittiham olunaraq həbs edilmişdi. O, bir neçə ay öncə bəraət alaraq azadlığa buraxılıb. 

Fidan
Milli.Az

Seçilən
35
milli.az

1Mənbələr