AZ

25 ci Respublika Sərgi Satış Bal Yarmarkası keçirilir “525 ci kanal”ın reportajı

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə 18 oktyabrdan etibarən 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

Yarmarkada bu il 43 regiondan 280-dən çox arıçı-fermer iştirak edir.

Yarmarkada bəzi arıçılar, o cümlədən Laçın rayonundan Pərvin Mehdiyev, Gədəbəy rayonundan Taleh Vəliyev, Kəlbəcər rayonundan Fəxrəddin Rzayev, Daşkəsən rayonundan Çingiz Hüseynov, Gəncə şəhərindən Leyli Abbasova və Daşkəsən rayonundan Zenfira İmanova bizimlə təəsüratlarını bölüşdülər.

Builki yarmarkada 100 tondan artıq təbii bal və 15-dən çox adda arıçılıq məhsulu satışa çıxarılıb.

Ənənəvi sərgi-satış yarmarkası hər gün saat 09:00-dan 19:00-dək “Gənclik” metro stansiyasının yaxınlığında fəaliyyət göstərir.

Qeyd edək ki, sərgi 9 noyabradək davam edəcək.

“525-ci kanal” sərgidən maraqlı görüntüləri təqdim edir.

Nigar Abbasova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
525.az

1Mənbələr