Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
Çökən tikililərin dağıntılarının təmizlənməsi işlərinə başlanılıb
Oktyabrın 27-də Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələ zamanı çökən tikililərin dağıntılarının təmizlənməsi işlərinə başlanılıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, yeraltı təkanlar zamanı təşvişə düşüb qaçmaq istəyən 26 nəfər xəsarət alıb.
Bölgədə bu gün səhər saatlarında 4,2 və 4,6 bal gücündə daha iki zəlzələ qeydə alınıb. Təbiət hadisəsi ilə bağlı Balıkesir və Manisanın bəzi bölgələrində tədrisə 1 gün ara verilib.
Xatırladaq ki, oktyabrın 27-i yerli vaxtla saat 22:48-də Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da olmaqla bir çox bölgələrdə hiss edilib. Bu, son üç ay ərzində eyni bölgədə yüksək maqnitudada qeydə alınan ikinci zəlzələdir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.