"Barselona" klubu Lamin Yamalın "Real Madrid"ə qarşı oyundan əvvəl söylədiklərinin və meydandan kənar hərəkətlərindən narazı qalıb.
Offsideplus.az "Sport" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bunun "El Klasiko"da qalib gəlmək üçün "Real Madrid" futbolçularına əlavə motivasiya verdiyini düşünür. Klub Yamalın etdiklərinin yetkin hərəkət olmadığı qərarına gəlib və futbolçunun agenti Jorje Mendesi Laminin sosial şəbəkə səhifəsi və müsahibələrdə iştirakına nəzarət etməyi tapşırıb.
"Barselona" klubu Yamalın futbola fokuslanmağını istəyir və futbolçunun şəxsi həyatının son zamanlar çox ortaya çıxdığını düşünür.
Qeyd edək ki, son "El Klasiko"da "Kral klubu" 2:1 hesabı ilə qalib gəlib.