AZ

Hraparak: “Baş Qərargah Paşinyanla razı deyil”

AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Hraparak” qəzetinin məlumatına görə hakimiyyətin “daha müharibələr olmayacaq” arqumentini əsassız sayan təcrübəli hərbçilər sərhəd təhlükəsizliyi məsələlərinə eyni meyarlarla yanaşmağın əleyhinədirlər.

“Sülh yalnız güc yolu ilə bərqərar ola bilər və aparılan hesablamalar çağırış xidmətində təklif edilən islahat layihəsini dəstəklənmir. Lakin hakimiyyət inadında qalır: ekspertlərin fikrinə məhəl qoyulmur, çünki hər şey seçki maraqlarına tabedir. Generallar isə açıq etiraz etməyə tərəddüd göstərirlər”,- qəzet yazır.

Oktyabrın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, məcburi hərbi xidmət müddətinin iki ildən bir il yarıma endirilməsi ilə bağlı qanun layihəsi qəbul olunarsa, o, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Ermənistan respublikasının “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanununa edilən dəyişikliklər müqavilə əsasında xidmət göstərənhərbi qulluqçuların sayının artması ilə əlaqədar xidmət stajının azaldılmasını nəzərdə tutur. Müqavilə əsasında hərbi modelə keçidlə bağlı islahat hökumətin 2021-2026-cı illər üçün proqramına daxil edilib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
18
2
azvision.az

3Mənbələr