2025-ci ilin sentyabr ayında bankların kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2% və ya 571.4 milyon manat artaraq 30 sentyabr 2025-ci il tarixində 29 milyard 276.3 milyon manata çatıb.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankı Statistik bülletenin Sentyabr sayında bildirilir.
30 sentyabr 2025-ci il tarixin bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.1% (15 milyard 544.6 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 183.5 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 548.2 milyon manat).
2025-ci ilin Avqust ayında İyul ayının sonu ilə müqayisədə bankların kredit portfeli 0.7% və ya 206.7 milyon manat artaraq 31 Avqust 2025-ci il tarixində 28 milyard 704.9 milyon manat olmuşdu.
31 Avqust 2025-ci il tarixinə bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 52.6% (15 milyard 91.8 milyon manat);
ıı) istehlak kreditləri – 31.7% (9 milyard 114.5 milyon manat)
ııı) ipoteka kreditləri – 15.7% (4 milyard 498.6 milyon manat).
2025-ci ilin iyul ayında iyun ayı ilə müqyisədə Azərbaycan bankların kredit portfeli 0.1% və ya 26 milyon manat artaraq 31 İyul 2025-ci il tarixində 28 milyard 498.2 milyon manat olmuşdu.