Şaraşidze brifinqdə bildirib ki, onların parlamentə daxil olması qanunverici orqanın "legitimasiyası və ya qeyri-legitimasiyası" demək deyil, sadəcə "reallığı qəbul etməkdir".
Partiya liderinin sözlərinə görə, əsas məqsəd Gürcüstan xalqının və "fərqli düşünənlərin" səsini parlamentdə eşitməkdir. Şaraşidze qeyd edib ki, əvvəllər parlament boykotu və "məsuliyyətsiz 4 oktyabr təxribatı" "Gürcü Arzusu"na legitimlik böhranını aşmaq və avtokratik rejimi gücləndirmək üçün əsas verib.
Partiya rəhbərliyi parlamentdə hakim partiyaya qarşı "çox kəskin, lakin ağıllı və ardıcıl" siyasət aparacağını və ölkəni iki radikal qüvvə - "Gürcü Arzusu" və "Milli Hərəkat" tərəfindən yaradılmış qarşıdurma spiralından çıxarmağa çalışacağını bəyan edib.