
Dubayda suda üzən Dubay İncəsənət Muzeyi (DUMA) tikiləcək.
Yeniavaz.com xəbər verir ki, muzeyin dizaynını Birəşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və baş naziri, Dubayın hökmdarı Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl Məktum təqdim edib.
Üzən muzey Dubay körfəzinin sularında yerləşəcək və inşasını “Al Futtaim” şirkəti həyata keçirəcək.
Muzeyin memarlıq konsepsiyası dünya şöhrətli yapon memarı Tadao Ando tərəfindən hazırlanıb. O, muzeyin dizaynında müasir memarlıq elementləri ilə ənənəvi BƏƏ memarlıq elementlərini birləşdirib.
Muzeyin memarlığı təbiət, su və insanlığın harmoniyasını simvolizə edəcək.
Beş səviyyəli bina suyun üzərindən qalxacaq. Muzeydə sərgi zalları, restoranlar, VIP zonalar, eləcə də kitabxanalar, təhsil və tədqiqat mərkəzləri fəaliyyət göstərəcək.
Layihəyə həmçinin, rəssamların görüşləri, panel müzakirələri və mədəniyyət forumları üçün yerlər daxildir.
Muzeyin mərkəzi məkanı təbii işıqla dolacaq.