AZ

Vinisius “Real”dan ayrılmağı düşünür

ain.az, Qol.az portalına istinadən məlumat verir.

“Real”ın hücumçusu Vinisius Junior komandadan ayrıla bilər.

QOL.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Braziliyalı futbolçunun komandadakı durumundan narazı olduğu, işinin qiymətləndirilmədiyini düşündüyü bildirilib. Onun baş məşqçi Xabi Alonso ilə münasibətlərinin getdikcə gərginləşdiyi də qeyd edilib.

Xatırladaq ki, braziliyalı oyunçu “Barselona” ilə matç zamanı rəqib futbolçusu Pedrini təhqir edib, əvəzlənərkən baş məşqçisi Xabi Alonsoya kəskin etiraz edib və görüşdən sonra rəqib komandanın hücumçusu Lamin Yamalla mübahisə edib.

Vinisiusun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
qol.az

2Mənbələr