2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan Portuqaliyaya 714,3 min ton bitum süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib, ixracın dəyəri isə 385,1 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 12 faiz azalıb, həcm baxımından isə 3,3 faiz artıb.
Hesabat dövründə Azərbaycandan 20 ölkəyə ümumilikdə 16,996 milyon ton xam neft və neft məhsulları ixrac olunub, ixracın ümumi dəyəri 8,939 milyard ABŞ dolları təşkil edib.
Fuad Mədətov
Finss.az