AZ

Kredit qoyuluşlarının həcmində 10 faizə yaxın artım var

Bu ilin sentyabr ayında kredit qoyuluşlarının həcmi 29 276,3 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 9,6 faiz və ya 2 570,3 milyon manat çoxdur.

Azərbaycan Mərkəzi Bankın hesabatına əsasən, cari ilin avqust ayına nisbətdə isə sentyabrda kredit qoyuluşlarının həcmində 2 faiz və ya 571,4 milyon manat artım müşahidə olunub.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayının 1-nə Azərbaycanda kredit qoyuluşlarının həcmi 27 477,7 milyon manat təşkil edib.

Seçilən
18
vergiler.az

1Mənbələr