AZ

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək

Bakı.Trend:

3-5 noyabr tarixlərində Azərbaycan Mədəniyyət Elçilərinin IForumu keçiriləcək. Forum Azərbaycan Respublikasının MədəniyyətNazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığıilə Türkiyənin Antalya şəhərində reallaşacaq.

Trend xəbərverir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, forumun məqsədi mədəniyyət elçiləri və onlarınşəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədəmütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərininfəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıqsahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. XaricdəkiAzərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıxəməkdaşlığına nail olunması da forumun hədəfləri sırasındadır.

Forum çərçivəsində "Mədəniyyət elçiləri" rəqəmsal portalı və"Milli dilli" layihəsinin təqdimatı keçiriləcək.
Tədbir gedişində üç panel müzakirənin təşkili, eləcə də xaricdəkiAzərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin hesabaticlaslarının təşkili nəzərdə tutulur.

Həmin ərəfədə Antalyada keçirilən “Mədəniyyət Yolu” FestivalındaAzərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramıda planlaşdırılır.

Seçilən
56
7
az.trend.az

9Mənbələr