AZ

Məşhur aktyor 70 yaşında yenidən ata olub

“Fraiser” serialı ilə tanınan amerikalı aktyor Kelsey Grammer 70 yaşında yenidən ata olub. 

Sherg.az xəbər verir ki, məşhur sənətçi səkkizinci övladının dünyaya gəldiyini açıqlayıb.

Bir çox layihədə rol alan Kelsey Grammer bildirib ki, 70 yaşında bir daha ata olma həyəcanını yaşayıb.

Məşhur aktyor dünən qatıldığı bir verilişdə ailələrinə yeni qoşulan körpənin oğlan olduğunu və adını Christopher qoyduqlarını söyləyib.

Grammer, həyat yoldaşı Kayte Valshun 3 gün əvvəl doğuş etdiyini bildirərək, “Christopher ailəmizə yeni qoşuldu” ifadəsini işlədib.

Beləliklə, məşhur cütlük dördüncü övladlarını qucaqlarına alarkən, Kelsey Grammer ümumilikdə səkkizinci dəfə ata olub.

Məşhur aktyorun 5 münasibətdən  8 övlad var.


Seçilən
49
1
sherg.az

2Mənbələr