Ölümcül hesab edilən Hepatit C virusunun müalicəsi var.. Burada əsas məqam erkən dövrdə aşkarlanması və müalicə istiqamətinin düzgün seçilməsidir.
Hepatit C nədir?
Hepatit C virusu altı tanınmış hepatit viruslarından (A, B, C, D, E, G) biridir. Qaraciyərdə eyni adlı virus tərəfindən törədilən iltihabi xəstəlikdir. Bu infeksion xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər serrozunun inkişafına səbəb olur. Bu viruslar orqanizmdən kənarda otaq temperaturunda 3 həftəyə qədər sağ qala bilir. Buna görə də, əgər xəstə şəxsin qanı qurumuş olsa belə əlcək geyinərək, suyla durulaşdıraraq ehtiyatla təmizləmək lazımdır. Kəskin və xronik olmaqla iki yerə ayrılır. Kəskin forma 6 aya qədər davam edir bundan sonra ya sağalır ya da xronik formaya keçir. Xronik forma virusun orqanizmdə uzun müddət qalması, ləng gedişli olmasıyla xarakterizə olunur, ciddi qaraciyər problemlərinə, qaraciyər serrozuna və xərçəngə gətirib çıxara bilir. Kəskin hepatit c hallarının yalnız 15-20 %-i xronikləşmədən tamamilə sağalır. Digər hallarda xronikləşib ləng, uzun gedişli xronik xəstəliyə çevrilir.
Hepatit C-nin cinsi əlaqə ilə yoluxma ehtimalı nə qədərdir?
Hazırda dünya əhalisinin ən az 4 faizi hepatit C xəstəliyindən əziyyət çəkir. Virus qan vasitəsilə yayılır və ən çox narkotik vasitələrdən istifadə zamanı yoluxur. Digər bir yoluxma yolu isə qan nəqli və diş müalicəsidir. Virus tüpürcək, sidik, sperma kimi bədən mayelərində tapılmır. Bu səbəbdən cinsi əlaqə əsnasında bulaşma nadirdir, yəni, il ərzində 0.23% olduğu göstərilib. Ancaq virus mensturasiya qanında olur. Bu dövrdə olan cinsi əlaqə yoluxma baxımından risklidir (qanın açıq bir yaraya bulaşması ilə). Eyni iynə istifadə edilərək edilən peyvəndlər, döymə və s. kimi əməliyyatlar yoluxucu ola bilər.
Virus daşıyıcısının qanı sağlam şəxslərin dərisi ilə təmasda olarsa yoluxma mümkündür. Ancaq ümumilikdə yemək qabları, qida və su, öpüşmək, qucaqlaşmaq, əl sıxmaq, öskürmək, asqırmaqla virus ətrafdakı adamlara yoluxmur.
Ehtimal olunur ki, dünyada bu xəstəliyin daşıyıcısı olan 150-200 milyon adam var. Qaraciyər serrozu və qaraciyər xərçəngi hepatit C virusunun təsirindən yarana bilir. Birinci faza 6 ay müddətinə çəkir. 60 – 70% xəstələrdə heç bir simptom müşahidə olunmur.
Əlamətləri hansılardır?
Xəstəliyin gizli dövrü 2-12 həftədir. Xəstələrin 80%-də heç bir əlamət olmur. Buna görə də, xəstələr onlarda hepatit c virusunun olmasından xəbərsiz olurlar. Qalan 20% xəstədə aşağıdakı simptomlar görülür:
Qızdırma, sarılıq, yorğunluq, iştahsızlıq, mədə bulanması, qusma, qarın nahiyəsində ağrılar, oynaq ağrıları, sidiyin tündləşməsi, nəcisin rənginin açılması.
Bu simptomlar 12 həftəyə qədər davam edə bilər. Sidiyin tündləşməsi, nəcisin rənginin açılması sarılıqla əlaqədardır. Sarılıq simptomlu xəstələrin 25%-də görülür. Kəskin hepatit C-nin gedişi dəyişkəndir.
Bundan başqa, aşağıdakı faktorlar Hepatit C infeksiyasına yoluxmağa səbəbiyət verir:
Çox və davamlı heyvani mənşəli zülal və yağ qəbulu,
Spirt istifadəsi,
Siqaret istifadəsi,
Qeyri-kafi tərəvəz və meyvə istehlakı,
Qida və fərdi gigiyenaya diqqət edilməməsi.
Hepatit C daşıyıcıları hansı qaydalara əməl etməlidir?
Bu xəstəliyə yoluxan şəxslər ilk növbədə qaraciyərə xeyirli qidalar qəbul etməlidir ki, qaraciyər əlavə faktorların da təsirinə məruz qalmasın. Hepatit C xəstəliyi olan şəxslərdə A və D vitaminləri az olur. A və D vitaminlərində orqanizmdə viruslarla mübarizə aparan və onları məhv edən maddələrdir. Buna görə də, belə xəstələr keyfiyyətli, bol vitaminli qidalar yeməlidirlər. Meyvə və tərəvəzlərdən daha çox istifadə etməlidirlər. Alkoqoldan uzaq durmaq lazımdır. Spirtli içkilər qaraciyərdə neytrallaşdırıldığına görə spirtli içkilər qəbul edən zaman qaraciyər xeyli dərəcədə yüklənir və onun zədələnməsinə şərait yaranır. Bundan əlavə, bir sıra dərmanlar var ki, onlar da qaraciyər tərəfindən zərərsizləşdirilir. Buna görə dərman qəbul edərkən hepatoloqla məsləhətləşmək lazımdır.
Hepatit B daha çox qaraciyər xərçənginə, Hepatit C isə serroza gətirib çıxarır.
Çox insanların qorxaraq səsləndirdiyi Hepatit C xəstəliyinə qarşı vaxtında müayinə və müalicəyə başlasanız, həyati təhlükəniz olmur.
Bəs Hepatitdən qorunmaq üçün nələr etməliyik
* Hepatit C 3 həftəyə qədər xarici mühütdə yaşaya bilir. Bunları nəzərə alaraq hər kəs şəxsi gigiyena qaydalrına riayət etməlidir.
* Hepatit C süsusən qan təması ilə yoluxduğundan mümkünqədərqan təmasından qaçmaq lazımdır.
* Ortaq cızıcı, kəsiki, deşici alətlərdən istifadə yol verilməzdir. Bu alətlər şəxsi olmalıdır.
* Stomatoloji kabinetdə, gözəllik salonlarında, dializ, talassemiya xəstələrində qan təması mümkün olduğu üçün sterilliyi təstiqlənmiş məkanlara üz tutun.
* Bir iynədən inyeksiya məqsədli bir neçə şəxsin istifadəsi yol verilməzdir.
* Ailədə bir neçə nəfər şəkər xəstəsidirsə, bir iynədən istifadə etmək olmaz.
* Ailədə bir nəfərdə Hepatit varsa, qab-qaşığı ayırmaq, təmasdan qaçmaq, uşaqları həmin şəxslərdən uzaqlaşdırmaq etik cəhətdən düzgün deyil Bu onlara psixoloji cəhətdən mənfi təsir edər.
Çağrı mərkəzi: 904
Mobil: +994 55 754 43 03
E-mail: [email protected]
Veb-sayt: www.diaqnoz.az
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C