AZ

Azərbaycandakı kredit ittifaqları 9 ayı xalis mənfəətlə başa vurub

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,1 milyon manat xalis mənfəətlə başa vurub. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2024-cü ilin eyni dövrünü zərərlə (0,53 milyon manat) başa vurmuşdu.

Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 13 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4% çoxdur.

Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 18,2% azalaraq 2,7 milyon manata, balans kapitalı isə 9,6% artaraq 10,3 milyon manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
banco.az

2Mənbələr