Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
2022-ci ildə Yaponiyada sui-qəsd nəticəsində öldürülən Baş nazir Abe Şinzonun qatili haki qarşısına çıxarılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 45 yaşlı qatil Tetsuya Yamaqami Nara Rayon Məhkəməsində keçirilən ilk prosesdə günahını etiraf edib: "Bəli, onu mən öldürdüm. Peşman deyiləm"
Məlumata əsasən, məhkəmə tərəfləri dinlədikdən sonra prosesi yanvar ayına təxirə salıb.
Xatırladaq ki, Yaponiyanın keçmiş Baş naziri Abe Şinzo 2022-ci ilin iyul ayında Nara şəhərində tədbirdə çıxış edərkən sui-qəsd nəticəsində öldürülüb.
Qətldə şübhəli bilinən Yamaqami Tetsuya Abenin Sülh Birləşmə Kilsəsinə dəstək mesajına görə onu öldürdüyü ilk gündən deyib.
Firudin Səfərli
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.