AZ

Məhkəmə üç saytın fəaliyyətini QADAĞAN ETDİ

Yazını böyüt
Yazını kiçilt

Bişkek şəhəri Oktyabrski Rayon Məhkəməsi prokurorluğun vəsatətini təmin edərək “Temirov Live”, Kloop.kg və “Ait Ait Dese” saytlarının məzmununu ekstremist elan edib.

Hafta.az-ın yazdığına görə, məhkəmənin qərarı jurnalistlər Bolot Temirov və Rinat Tuxvatşin tərəfindən idarə olunan bu media qurumlarının və onların onlayn resurslarının fəaliyyətini yasaqlayır. Qadağa təkcə yeni materialların dərc olunmasına deyil, həm də onların səhifələrində və onlayn platformalarında mövcud materiallara daxil olmağa şamil edilir.

“Temirov Live” və “Ait Ait Dese” jurnalist Bolot Temirovun fəaliyyəti ilə əlaqələndirilir, Kloop.kg isə Rinat Tuxvatşin tərəfindən təsis edilən Kloop Media Fondunun saytıdır. Hər üç nəşr Qırğızıstanda alternativ baxışlar təqdim edən və ölkədəki cari hadisələri işıqlandıran müstəqil informasiya resursu kimi özünü təsdiqləyib.

Qırğızıstanın Rəqəmsal İnkişaf və İnnovativ Texnologiyalar Nazirliyinin Rabitə Sənayesinin Tənzimlənməsi və Nəzarəti Xidməti yuxarıda adı çəkilən nəşrlərin onlayn resurslarının bloklanmasını da əhatə edən qərarın icrasına məsul şəxs təyin edilib.

Qırğızıstanda müstəqil saytlarda işləyən jurnalistlərin evlərində kütləvi axtarışlar aparılır.

“Ferqana” agentliyinin məlumatına görə, araşdırmaçı jurnalist Bolot Temirov 2023-cü ilin noyabr ayında Qırğızıstandan deportasiya edilib və ölkəyə beş il müddətinə girişi yasaqlanıb. Rinat Tuxvatşin də xaricdədir.

2023-cü ilin sonunda Qırğızıstan Daxili İşlər Nazirliyi bildirib ki, “Ait Ait Dese” və “Temirov Live” saytlarının monitorinqi zamanı kütləvi iğtişaşlarda iştiraka çağırışlar ehtiva edən məlumatlar aşkarlanıb. Buna cavab olaraq cinayət işi açılıb və 11 jurnalist saxlanılıb.

2024-cü ilin oktyabr ayında “Temirov Live” və “Ait Ait Dese”nin direktoru Maxabat Tajibek 6 il, Əzəmət İşenbekov 5 il, iki jurnalist isə 3 il şərti azadlıqdan məhrum edilib. Qalan təqsirləndirilən şəxslər sübutların olmaması səbəbindən bəraət alıblar.

Kloop.kg-in redaksiya heyəti bir neçə ildir ki, hakimiyyət orqanlarının təzyiqi ilə üzləşir. 2023-cü ilin payızında nəşrin vebsaytı bloklanıb və 2024-cü ilin fevral ayında məhkəmə layihənin hüquqi şəxsi olan Kloop Media ictimai fondunu ləğv edib.

2025-ci ilin sentyabr ayında nəşrin dörd keçmiş işçisi - iki operator və iki mühasib – “narazılıq yaratmaq və kütləvi iğtişaşlar təşkil etmək”də təqsirli biliniblər.

Seçilən
21
hafta.az

1Mənbələr