AZ

Azərbaycanda pambıq idxalı artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan 166,3 milyon ABŞ dolları dəyərində 107,2 min ton pambıq ixrac edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyəri 6,4%, həcm baxımından isə 2,7% azalıb.

Eyni dövrdə ölkəyə 7,5 milyon ABŞ dolları dəyərində pambıq idxal olunub, bu isə illik müqayisədə 13% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan 2,6 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da illik müqayisədə 7,5% artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
15
fins.az

1Mənbələr