AZ

20 yaşında həlak oldu

Braziliyada qeyri-adi avtomobil qəzası insan ölümünə səbəb olub.

"Football-plus.az" xəbər verir ki, gənclərdən ibarət “Piaui” komandasında çıxış edən Antoni İlano həlak olub.

20 yaşlı futbolçunun idarə etdiyi motosikl atasının doğum günü tədbirindən evə qayıdarkən yolun hərəkət hissəsində inəyə çırpılıb. Antoni aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qəza ilə bağlı araşdırma aparılır. Braziliya klubları futbolçunun ailəsinə və yaxınlarına başsağlığı veriblər.

Seçilən
26
football-plus.az

1Mənbələr