Oktyabrın 22-23-də Libertadores Kubokunun (LK) pley-offunda sonuncudan əvvəlki mərhələyə start verildi. Cənubi Amerikanın ən nüfuzlu klub turnirində yarımfinalın ilk oyunları keçirildi.
"Football-plus.az" xəbər verir ki, bu mərhələdə Braziliyanın 2, Argentina və Ekvadorun hərəyə 1 klubu çıxış edir. İlk oyunlar diqqəti ev sahiblərinin qələbələri ilə cəlb etdi. Regionun ən böyük ölkəsi olan Braziliyanin təmsilçiləri müxtəlif məkanlarda fərqli aqibət yaşadılar. “Flamenqo” – “Rasinq” matçı ciddi rəqabət şəraitində keçdi. Filipe Luisin çalışdırdığı meydan sahibləri argentinalıları bir qolla məğlub etdilər. Kolumbiyalı yarımmüdafiəçi Karraskalın son dəqiqələrdə vurduğu qol “Flamenqo”nu finala yaxınlaşdırdı.
“Palmeyras” isə rəqibinə böyük hesabla məğlub oldu. Hazırda Braziliya çempionatında “Flamenqo” ilə şərikli liderlik edən san paululular “LDU Kito”nun qarşısında aciz qaldılar. Ekvador klubu ilk hissədə rəqib qapısından 3 cavabsız top keçirməklə finalın qapısını açdı. Beləliklə, LK-nın yarımfinalının ilk oyunlarından sonra finalın Braziliya klublarının iştirakı ilə keçmək ehtimalı azaldı.
yarımfinal, ilk oyunlar
Flamenqo (Braziliya) - Rasinq (Argentina) 1:0
Karraskal, 88.
LDU Kito (Ekvador) - Palmeyras (Braziliya) 3:0
Vilyamil, 16; 45+2. Alsuqaray, 27-p.
Cavab oyunları oktyabrın 29-30-da keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta