AZ

“River Pleyt” məğlubiyyət seriyasına son qoydu - İCMAL

Argentina çempionatının Klausura (bağlanış) mərhələsinin 13-cü turundan sonra A qrupunun yüksək pillələrində vəziyyət köklü surətdə dəyişdi, B qrupunda isə lider “Deportivo Riestra” ilə əsas izləyiciləri arasındakı xal fərqi olduğu kimi qaldı. Diqqəti cəlb edən digər fakt qrup mərhələsinin sonuna 3 tur qalsa da, heç bir komandanın pley-offa vəsiqə qazanmamasıdı.

"Football-plus.az" xəbər verir ki, A qrupunda “Defensa y Xustisiya”nın liderliyi bir tur sürdü. Mariano Sosonun komandası səfərdə “Union”dan xal ala bilmədi. Üç cavabsız qolla uduzan “sarı-yaşıllar” turnir cədvəlində birdən-birə 3 pillə gerilədilər. İnamlı qələbə ilə xalını 20-yə çatdıran “Union” isə 5-ci yerdən 3-ə yüksəldi.

Tura hərəyə 18 xal toplamaqla 2-3-cü yerlərdə başlayan hər iki komanda hesabını maksimum sayda artırdı. “Sentral Kordoba” səfərdə “Atletiko Urakan”a minimal hesabla qalib gəldi. Omar De Felippenin komandası çempionatın Apertura (açılış) adlanan ilk mərhələsinin vitse-çempionu üzərində qələbə ilə 1-ci yerə çıxdı, “Atletiko Urakan” isə 8-ci yerdən 16-ya düşdü. “Estudiantes” üçün “Ximnasiya” ilə ev oyunu uğurlu alındı. 2:0 hesabıyla qalib gələn “tələbələr” 2-ci yerə çıxdılar. Eduardo Domingesin komandası “Sentral Kordoba”dan yalnız topların fərqinə əsasən geri qalır.
Görünür, Migel Anxel Russonun vəfatı “Boka Xuniors”lulara çox pis təsir edib. 69 yaşında dünyasını dəyişən baş məşqçinin səlahiyyətləri müvəqqəti Klaudio Ubedaya həvalə edilib. “Boka” onun başçılığı altında keçirdiyi ilk ev oyununda “Belqrano”ya 1:2 hesabıyla uduzdu. Məlum səbəbdən “Barrakas Sentral” ilə səfər oyunu təxirə salınan ölkə nəhəngi 4-cü yerdən 10-a düşdü.

B qrupunda hesabat turu yüksək pillələri tutan komandalar üçün uğurlu alındı: tura ilk 6 sırada başlayanların hamısı hesabına maksimum xal yazdılar. 9-cu turdan sonra liderliyi ələ alan “Deportivo Riestra” evdə “İnstituto”ya bir qol vurmaqla mövqeyini qorudu. Liderin əsas izləyicisi “Lanus” evdə “Qodoy Krus”a 2:0 hesabıyla qalib gələrək minimum olan xal fərqinin artmasına imkan vermədi. “Veles Sarsfild” isə “Sarmyento”nu eyni hesabla məğlub etməklə 3-cü yerdə qaldı.

Tura 4-cü yerdə başlayan “Rosario Sentral” evdə “Platense”dən maksimum xalı bir qolla aldı. Ehiyatda bir oyunu olan rosarioluların Klausurada uduzmayan yeganə komanda olduğunu qeyd edək. Mövsümün Apertura (açılış) adlanan ilk mərhələsinin qalibi olan “Platense” 13-cü yerdə qaldı. Kristian Qonsalesin komandası pley-offa vəsiqə verən ilk “8-liy”ə düşmək şansını bir qədər də çətinləşdirdi.

Nəhayət, “River Pleyt” azarkeşlərinin üzünü güldürməyi bacardı. Son həftələr dərin böhran yaşayan ölkə nəhəngi “Talyeres de Kordoba” üzərində 2:0 hesablı qələbə ilə 4 (!) oyunluq məğlubiyyət seriyasına son qoydu. 5-ci yerdə qalan “milyonçular” əvvəlki kimi liderdən 6 xal geridədilər.

qrup mərhələsi, 13-cü tur
Union - Defensa y Xustisiya 3:0

Kolaso, 35. D.Fernandes, 51. Estiqarribiya, 79.

Atletiko Urakan - Sentral Kordoba 0:1
F.Martines, 34.

Estudiantes - Ximnasiya 2:0
Serre, 45+1. Karrilyo, 52.

Boka Xuniors - Belqrano 1:2
Sebalyos, 66 – Passerini, 58-p. Paredes, 62-öz qapısına.

Deportivo Riestra - İnstituto 1:0
X.Errera, 49.

Lanus - Qodoy Krus 2:0
Kanale, 33. Kastilyo, 90+4.

Sarmyento - Veles Sarsfild 0:2
Lansini, 61. Pitsini, 67.

Rosario Sentral - Platense 1:0
Velis, 51.

Talyeres de Kordoba - River Pleyt 0:2
Montyel, 37. Mesa, 68.

Rasinq - Aldosivi 1:0
Vyetto, 41-p.

Arxentinos Xuniors - Nyuellz Old Boyz 3:1
Porsel, 21; 25. Florentin, 44 – L.Errera, 9.

İndependyente Rivadaviya – Banfild 1:2
Munyos, 80 - Rios, 45+2; 53.

San Martin San Xuan - İndependyente 1:0
T.Fernandes, 61

Tiqre - Barrakas Sentral 2:2
Russo, 83. Medina, 90+3 – Kandia, 27. Morales, 84.

Atletiko Tukuman - San Lorenso 1:2
Ortis, 9 – Kuelyo, 45+7-p. Tripiçio, 50.

A qrupu
1. Sentral Kordoba 13 5 6 2 16-10 21
2. Estudiantes 13 6 3 4 15-13 21
3. Union 13 5 5 3 19-13 20
4. Defensa y Xustisiya 13 5 4 4 13-13 19
5. Arxentinos Xuniors 13 5 3 5 15-10 18
6. Belqrano 13 4 6 3 13-10 18
7. Barrakas Sentral 12 4 6 2 15-13 18
8. Tiqre 13 4 6 3 13-11 18
9. Rasinq 13 5 3 5 14-13 18
10. Boka Xuniors 12 4 5 3 19-10 17
11. Banfild 13 5 2 6 12-18 17
12. Atletiko Urakan 13 4 4 5 6-11 16
13. İndependyente Rivadaviya 13 2 6 5 11-14 12
14. Nyuellz Old Boyz 13 2 5 6 11-21 11
15. Aldosivi 13 2 3 8 5-15 9

B qrupu
1. Deportivo Riestra 13 8 3 2 18-9 27
2. Lanus 13 8 2 3 15-9 26
3. Veles Sarsfild 13 7 4 2 19-9 25
4. Rosario Sentral 12 6 6 0 14-6 24
5. River Pleyt 13 6 3 4 20-12 21
6. San Lorenso 13 5 4 4 11-10 19
7. San Martin San Xuan 13 4 5 4 10-11 17
8. Atletiko Tukuman 13 4 3 6 14-15 15
9. Sarmyento 12 4 3 5 9-13 15
10. İnstituto 13 3 6 4 7-12 15
11. Talyeres de Kordoba 13 3 5 5 7-12 14
12. Ximnasiya 13 4 1 8 8-16 13
13. Platense 12 2 5 5 11-17 11
14. Qodoy Krus 13 1 7 5 9-16 10
15. İndependyente 12 0 6 6 6-13 6

Bombardirlər: R.Martines (Platense) - 7, Kastilyo (Lanus), X.Errera (Deportivo Riestra) – 6, Di Mariya, Velis (hər ikisi “Rosario Sentral”), Qaloppo (River Pleyt), Russo (Tiqre) - 5.

Seçilən
0
7
football-plus.az

10Mənbələr