AZ

FHN Bababala Rzayevin qardaşı oğlundan 657 min manata 21 ədəd nasos alır

Fövqəladı Hallar Nazirliyi daha bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, tenderə əsasən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin ARDNŞ-in obyektləri üzrə Yanğından Mühafizə İdarəsi 21 ədəd səyyar dizel mhərrikli nasos alacaq.

Rəsmi məlumatda qeyd edilir ki, FHN-lə bu məsələdə “BCC GROUP” MMC arasında satınalma müqabiləsi imzalanıb. Bunun üçün isə 656 min 960 manat pul xərclənəcək.

Tribunainfo.az-ın məsələ ilə bağlı araşdırması zamanı məlum olub ki, “BCC GROUP” şirkəti son bir ildə 4 tenderin qalibi olub. Onlardan biri qeyd etdiyimiz məsələdir. Digər üçün isə “AZƏRENERJİ” ATSC-nin keçirdikləri olub.

Belə ki, “BCC GROUP” “Azərenerji”dən “Çaykənd-2” KSES-in tikintisinə görə, 16 milyon 763 min 385 manat, “Təkəqaya” və “Ağçay” KSES-nin yenidən qurulmasına görə 19 milyon 839 min 606 manat və Suqovuşan SES-nın kanalının nizamlayıcı qurğunun tikintisinə görə 1 milyon 603 min 576 manat pul alıb.

Açıq mənbələrdə qeyd edilir ki, “BCC Group” MMC 2012-ci ildə yaradılıb. Hazırda Bakı şəhəri, Nərimanovv rayonu, Dərnəgül şossesi, 2098 ünvanında fəaliyyət göstərir. Şirkətin rəhbəri isə Vüqar Rzayevdir. Tribunainfo.az-ın araşdırmalarına görə, Vüqar Rzayev “Azərenerji” ASTC-nin rəhbəri Bababal Rzayevin qardaşı oğludur.

Araşdırma zamanı başqa bir maraqlı məlumat da üzə çıxıb. Məlum olub ki, Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Fəradovun oğlu F.Fərhadzadə Bababala Rzayevin kürəkənidir. Hətta “Azərenerji” rəhbərliyi bir xeyli tenderləri onun rəhbəri olduğu şirkətə verib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur

Seçilən
24
4
tribunainfo.az

5Mənbələr