AZ

Monteneqroda Azərbaycana qarşı qəzəb dalğası Türklərə hücum edildi FOTO

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Monteneqronun paytaxtı Podqoritsada gərginlik artıb. İddialara görə, 25 yaşlı gəncin bir Azərbaycan və bir Türkiyə vətəndaşı tərəfindən döyülməsindən sonra başlayan etirazlar qısa müddətdə böyüyərək Türkiyə əleyhinə aksiyalara çevrilib.

Bakupost.az -ın yerli mətbuata istinadən məlumatına görə, döyüldüyü deyilən M.J. adlı şəxs xəstəxanaya aparılıb. Dəqiq səbəbi hələ açıqlanmayan hadisədən sonra bu barədə xəbərlər sosial şəbəkələrdə sürətlə yayılıb. Qısa müddətdə təşkilatlanmış qruplar türklər əleyhinə şüarlarla küçələrə axışıb. Paytaxt və ətraf bölgələrdə etirazçılar türklərin obyektlərinə hücum edib, bəzi iş yerləri isə yandırılıb.

Polis qüvvələri xaosun genişlənməsinin qarşısını almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Hadisə ilə əlaqəsi olduğu iddia edilən iki şəxs də daxil olmaqla 40-dan çox Türkiyə və Azərbaycan vətəndaşı saxlanılıb. Yerli mənbələr bu şəxslərin ölkədən çıxarılmasının planlaşdırıldığını bildirir.

Türkiyə Xarici İşlər Nazirliyi hadisələrdən sonra yazılı açıqlama yayıb. Açıqlamada Monteneqrodakı türk vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün hakimiyyət orqanları ilə dərhal əlaqə qurulduğu bildirilib:

“Hadisələr bütün aspektləri ilə yaxından izlənilir. Monteneqro hakimiyyəti ilə təmas və əlaqələndirmə fasiləsiz şəkildə davam etdirilir.”

Xarici İşlər naziri Hakan Fidan Monteneqro Baş naziri Miloyko Spayiç və Baş nazir müavini – Xarici İşlər naziri Ervin İbrahimoviç ilə telefon danışığı aparıb. Hakan Fidan danışıqlarda türk vətəndaşlarının can və mal təhlükəsizliyinin qorunması üçün zəruri tədbirlərin görülməsini tələb edib. Monteneqrolu rəsmilərin bu barədə Türkiyəyə zəmanət verdiyi bildirilib.

Monteneqro polisi, gecə boyunca davam edən və sakitləşdirilə bilməyən hadisələri nəzarət altına almaq məqsədilə açıqlama yayıb:

“Ölkəmizdə yaşayan türk vətəndaşları bir müddət evlərindən çıxmasın”.

Polis, qəzəbli qrupları sakitləşdirməyə çalışsa da, gərginlik hələ də davam edir.

Monteneqrodakı "İslam birliyi" təşkilatının rəhbəri Rıfat Fejzic hadisələrdən sonra sosial media hesabında açıqlama yayıb: “Zabjelolu gənc üçün həqiqətən üzülürəm və lazım gələrsə, qanımı verməkdən çəkinmərəm. Bütün cəmiyyətlərdə hər cür fərd olur. Lakin bu axşam Türkiyə mediasında əks olunan və bizim görmədiyimiz olaylar Podqoritsa və Monteneqro adına çox acınacaqlıdır. Əgər Türkiyə mediasındakı xəbərlər doğrudursa, bu, türklərə qarşı açıq insan ovudur”.

Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
www.bakupost.az

1Mənbələr