AZ

Azərbaycanın məşhur şirkətini ermənilərlə nə birləşdirir? – FOTOFAKT

Azərbaycanın məşhur “SAB” şirkətinə məxsus “İrəvan dovğası”nın üzərində Ağrı dağının şəkli və yazısı yerləşdirilib.

Publika.az-ın məlumatına görə, şirkətin bu addımı tarixi faktlarla ziddiyyət təşkil edir.

Tarixi reallıq onu göstərir ki, Ağrı dağı həmişə Türkiyəyə məxsus olub və hazırda da Türkiyənin şərqində, İran və Ermənistan sərhədinə yaxın ərazidə yerləşir.

Ermənilər dağın özlərinə aid olduğunu iddia etsələr də, son illərdə bu iddialardan əl çəkirlər. Bir ay öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, uşaqların 70%-i dağın Ermənistanda yerləşdiyini səhv bilir, hətta böyüklər arasında belə bu məlumatsızlıq geniş yayılıb. Sentyabr ayında isə keçmiş səfir Edmon Marukyan Ağrı dağının Ermənistanın dövlət gerbindən çıxarılması ehtimalını açıqlamışdı.

Seçilən
47
publika.az

1Mənbələr