Əzizə Seyidova və qətlin icrasında təqsirləndirilən Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baş tutan proses zamanı mərhum Əli Seyidovun anası Pəricahan Seyidovanın ifadəsi dinlənilib. O, Əzizə Seyidovadan başqa digər təqsirləndirilənləri tanımadığını bildirib və hadisəni belə xatırlayıb: "Evə gələndə övladım qan içindəydi, üç bıçaq zərbəsi almışdı. Əzizə ilə oğlu bir-birini sevirdi, lakin qısqanclıq səbəbi ilə tez-tez mübahisə edirdilər".
Hakim şahiddən Əzizə Seyidovanın ərini siçan dərmanı ilə zəhərlədiyi iddialarına dair açıqlama verməsini istəyib. Pəricahan Seyidova cavab olaraq bildirib ki, zəhəri oğlunun və gəlininin dolabından taparaq zibil qutusuna atıb.
Mərhumun qardaşı Ayaz Seyidov da hadisə günü evdə olduğunu təsdiqləyib. Həmçinin, mərhumun atası və hüquqi varisi Yaşar Seyidov təqsirləndirilənlərdən şikayətçi olduğunu bildirərək onlara qanuni cəzanın verilməsini xahiş edib.
Növbəti məhkəmə iclası 3 noyabra təyin olunub.
Asya Hüseyn
Milli.Az