AZ

Niderland seçkiyə gedir

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Miqrasiya siyasətindəki fikir ayrılıqları səbəbindən iyun ayında hökumətin çökməsi ilə erkən seçki qərarı alınan Niderlandda seçicilər 29 oktyabrda parlament seçkiləri üçün səsverməyə gedəcək.

"Cebheinfo.az" xəbər verir ki, ölkədə son dörd hökumətin heç biri öz müddətini tam başa vurmadan erkən seçkilərə gedib.

Sabahkı seçkilər ərəfəsində keçirilən sorğular ifrat sağçı Azadlıq Partiyasının (PVV) seçkilərdə önə çıxdığını, lakin heç bir partiyanın təkbaşına hökumət qurmaq üçün lazım olan 75 deputat sayına çatmayacağını göstərir.

Seçki kampaniyası dövründə mənzil böhranı, miqrasiya siyasətləri və tibbi sığorta xərcləri əsas mövzular arasında olub.İfrat sağ partiyaların vədləri və İsrailin Qəzzada törətdiyi soyqırımın seçkilərə mümkün təsiri müzakirə olunur. 

Niderlandın əsas sorğu şirkətlərindən biri olan Ipsos I&O-nun aparıcı tədqiqatçısı Aşer van der Şelde seçki ərəfəsində Anadolu Agentliyinə (AA) açıqlama verib.Van der Şelde bildirib ki, son sorğular partiyaların çox yaxın nəticələr əldə etdiyini göstərir:

“25 oktyabrda açıqlanan son sorğuya əsasən, PVV ön sıradadır, lakin Yaşıl Sol (GroenLinks) və Əmək Partiyası (PvdA) ittifaqı ilə Demokratlar 66 (D66) partiyası da oxşar səviyyədədir.

Bu partiyaların dərhal arxasında Xristian Demokratlar Partiyası (CDA) və Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD) gəlir. Onlar da hələ ən böyük partiya ola bilərlər”.

İrqçi və islamofob lider Geert Vildersin rəhbərlik etdiyi PVV-nin hökumət qurmaq ehtimalının çox aşağı olduğunu qeyd edən Van der Şelde əlavə edib:

“JA21, Kəndli Vətəndaş Hərəkatı Partiyası (BBB) və Demokratiya Forumu (FvD) istisna olmaqla, bütün digər partiyalar PVV ilə koalisiya qurmaq istəmədiklərini bildiriblər”.

O, yalnız mərkəz sağ partiyaların (VVD və CDA) PVV ilə işləmək fikrini dəyişəcəyi təqdirdə PVV-nin növbəti hökumətdə yer alma şansının arta biləcəyini, amma bunun hazırda çox aşağı ehtimal kimi göründüyünü söyləyib.

O, bu mümkün koalisiyanın hələ ki, sorğularda parlament çoxluğunu əldə etmədiyini qeyd edərək deyib:

“Son günlərdə PVV seçiciləri VVD və JA21-ə keçid etsələr, bu koalisiya 76 yerə çata bilər”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
cebheinfo.az

2Mənbələr