ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vilnüs təhlükəsizlik maraqları naminə Kalininqrad tranzitini bloklamaq hüququnu özündə saxlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris milli radionun efirində bildirib.
“Əgər bu, təhlükəsizliyimizin təmin olunması üçün zəruri olarsa, Kalininqrad tranzitinin bağlanması imkanını özümüzdə saxlayırıq,” – deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, belə bir qərar Rusiyanın müəyyən addımları ilə əlaqədar qəbul edilə bilər. “Tranzitin tamamilə dayandırılması istisna edilmir,” – deyə Budris əlavə edib.
Litva ərazisindən keçən Kalininqrad tranziti və əks istiqamətdə hərəkət Avropa İttifaqı ilə Rusiya Federasiyası arasında imzalanmış razılaşma əsasında tənzimlənir, Litva ilə Rusiya arasında deyil. “Heç kim Litvanın milli təhlükəsizlik, təhdidlərin qarşısının alınması, vətəndaşların müdafiəsi, suverenlik və ərazi bütövlüyü maraqlarına uyğun hərəkətlərini məhdudlaşdıra bilməz,” – deyə Budris bəyan edib.
Kalininqrad tranzitinin mümkün məhdudlaşdırılması ilə bağlı müzakirələr (ilk olaraq bu barədə ölkə prezidenti Gitanas Nauseda danışmışdı) qaçaqmalçıların hava şarları vasitəsilə Belarusdan Litvaya siqaret daşıması ilə bağlı mütəmadi insidentlərin fonunda gündəmə gəlib. Litva hakimiyyət orqanlarının məlumatına görə, bu hadisələr Belarus sərhədində qeydə alınsa da, Rusiya Federasiyasının Kalininqrad vilayəti istiqamətindən belə hallara rast gəlinməyib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.