Bakı. Trend:
Hindistanın cənub-şərqində yerləşən Andxra-Pradeş ştatına güclü“Montta” qasırğasının yaxınlaşması ilə əlaqədar ən azı 10 min sakinsahilyanı ərazilərdən təxliyə edilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Yerli hakimiyyət ştatın səkkiz dairəsində hava şəraiti ilə bağlıqırmızı təhlükə səviyyəsi elan edib. Həmin ərazilərdə qatarların vətəyyarələrin hərəkəti dayandırılıb, məktəblər, kolleclər və uşaqbağçaları bağlanıb. Ştatın bütün ərazisində fövqəladə hallarareaksiya qüvvələri təbii fəlakət zonalarında xilasetməəməliyyatları aparmaq üçün yüksək hazırlıq vəziyyətinəgətirilib.
Hindistan Meteorologiya Departamentinin məlumatına əsasən,Benqal körfəzində formalaşan “Montta” qasırğası bu günAndxra-Pradeş və Odişa ştatlarının sahillərinə çatacaq.