AZ

Azərbaycanın xarici ticarət dövriyyəsi 35,4 milyard dollar olub

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan dünyanın 173 ölkəsi ilə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə xarici ticarət iştirakçılarının sayı 59 289 nəfər olub ki, bu da illik müqayisədə 7,6% artım deməkdir.

Xarici ticarət iştirakçılarının 48 868-i fiziki şəxs (illik müqayisədə 8,8% artım), 10 421-i isə hüquqi şəxsdir (2,1% artım). Hüquqi şəxslərin 170-i dövlət, 10 251-i isə özəl sektora məxsusdur.

Hesabat dövründə idxal əməliyyatlarının həcmi 17,769 milyard dollar, idxal olunan malların çeşidlərinin sayı 7 509, ixrac əməliyyatlarının həcmi isə 18,606 milyard dollar, ixrac olunan malların çeşidlərinin sayı 2 655 olub.

Fuad Mədətov
Finss.az

Seçilən
14
fins.az

1Mənbələr