AZ

Türkiyədə baş verən zəlzələnin fəsadları aradan qaldırılır

İstanbul, 28 oktyabr, Günel Karatepe, AZƏRTAC

Oktyabrın 27-də Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələ zamanı çökən tikililərin dağıntılarının təmizlənməsi işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, yeraltı təkanlar zamanı təşvişə düşüb qaçmaq istəyən 26 nəfər xəsarət alıb.

Bölgədə bu gün səhər saatlarında 4,2 və 4,6 bal gücündə daha iki zəlzələ qeydə alınıb. Təbiət hadisəsi ilə bağlı Balıkesir və Manisanın bəzi bölgələrində tədrisə 1 gün ara verilib.

Xatırladaq ki, oktyabrın 27-i yerli vaxtla saat 22:48-də Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da olmaqla bir çox bölgələrdə hiss edilib. Bu, son üç ay ərzində eyni bölgədə yüksək maqnitudada qeydə alınan ikinci zəlzələdir. Belə ki, avqustun 10-da Balıkesirin Sındırqı rayonunda yerli vaxtla saat 19:53-də 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində iki nəfər həlak olub, 48 nəfər isə yaralanıb. O vaxtdan indiyədək bölgədə 15 minə yaxın afterşok qeydə alınıb.

Sentyabrın 28-də isə Balıkesirə qonşu vilayətlərdən biri olan Kütahyanın Simav rayonunda da 5,4 bal gücündə zəlzələ baş verib.

Seçilən
35
2
azertag.az

3Mənbələr